Günəş enerjisi ilə işləyən avtomobil yarışında Hollandiya birinci olub

Günəş enerjisi ilə işləyən avtomobil yarışında Hollandiya birinci olub

Avtomobil 3000 kilometr məsafəni 37 saat, 10 dəqiqəyə gedib

Hollandiyadan olan “Nuon” komandasının avtomobili  günəş enerjisi ilə idarə olunun avtomobil yarışında finiş xəttini birinci keçib. 
 
Maide.Az xəbər verir ki, müxtəlif ölkələrdən komandalar yalnız günəş enerjisi ilə idarə olunan avtomobillərdə 3000 kilometr məsafəlik yarışda iştirak edib.
 
Hollandiyanın “Nuon” avtomobili 3000 kilometr məsasfəni  37 saat, 10 dəqiqə, 21 saniyyəyə bitirib.  Avtomobil orta hesabla saatda 88 kilometr sürətlə hərəkət edib. 
 
İkinci yeri Miçiqan universitetinin komandası, üçüncü yeri isə  Belçikanın  Punch Powertrain komandası qazanıb. 
 
Avstraliyanın şimal sahilində yarışan avtomobillər  hər gün səhər saat 8-dən axşam 5-dək yarışıblar. 
 

Google+ WhatsApp ok.ru