Gürcüstan Əhli-Beyt Cəmiyyətində `Dünyada Aşura` adlı konfrans keçirilib (Foto)

Dünən Gürcüstan Əhli-Beyt Cəmiyyəti və həmin Cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt Aşiqləri Forumu və "Zeynəb" Qadınlar Birliyi ilə Azərbaycanda fəaliyyət göstərən DEVAMM, Gənc Əhli-Beyt sevərlər və Dəyərlər oxucular kulubunun birgə təşəbbüsü ilə həmin cəmiyyətin Hüseyniyyəsində "Dünyada Aşura" adlı konfrans keçirilib.
Quran tilavət olunduqdan sonra rəsmi açılış üçün söz Əhli-Beyt Cəmiyyətinin sədri ilahiyyatçı Hacı Rasim Məmmədova verilib. Hacı Rasim Gürcüstanda əzadarlığın tarixi haqqında müfəssəl danışıb.
İlahiyyatçı bildirib ki, Gürcüstanda keçirilən əzadarlıq dünyada saxlanılan əza məclislərinin ən qədimlərindəndir.
Sonra söz DEVAMM sədri Hacı İlqar İbrahimoğluna verilib.
Hacı İlqar bildirib ki, bu cür konfransları keçirməkdə məqsəd Aşura məktəbini ictimai rəyə çatdırmaqdır. Aşura məktəbini dünyaya bəyan etmək mühüm məsələdir və bu məktəbin yaşamasında rolu böyükdür.
Bundan sonra Hacı Nuranın dünyada Aşura haqqında hazırladığı görüntüləri təqdim edib. Hacı Nuran öz təqdimatını 3 qismə bölərək əvvəlcə qeyri-müsəlman ölkələrində Aşuranı çatdıran təşkilatlardan danışaraq onlardan bir neçəsinin fəaliyyətləri haqqında məlumat verib.
İkinci olaraq, qeyri-müsəlman ölkələrində keçirilən Aşura mərasimləri haqqında iştirakçıları məlumatlandırıb.
Üçüncü olaraqsa Aşuraya törədilən maneələrdən danışıb.
Daha sonra Asif Əzizov İslamofobiya haqqında danışıb. Bildirib ki, son bir neçə onilliklərdir islamofobiya mövcüddur, amma 11 sentyabrdan sonra daha da şiddətlənib. Əzizov, NATO-nun Əfqanistan və İraq hücumu, Fransada hicab qadağası, Danimarkada karikatura, İsveçrədə minarə qardağası, Fransada niqab qadağası, "Fitnə" filmi və "Çarli Hebdo"ya "dəstək" üçün milyonluq yürüşü islamofobiyanın bariz nümunələri olaraq iştirakçıların diqqətinə çatdırıb.
 
 
 
 
 
 
ahlibeyt.ge
 

Google+ WhatsApp ok.ru