Gürcüstanda 100-dən çox qadın məhbus aclıq edir

Gürcüstanda 100-dən çox qadın məhbus aclıq edir

-- Qadın məhbuslar hüquqlarının pozulmasına etiraz edirlər.

Gürcüstanda 100-dən çox qadın məhbus aclıq aksiyasını davam etdirirlər.
 
Maide.Az bildirir ki, bu barədə bazar günü AzadlıqRadiosunun müxbiri Kobaladze məlumat verib.
 
Qadın məhbuslar hüquqlarının pozulmasına etiraz edirlər.
 
Məhbusların sözlərinə görə həbsxana rəhbərliyi onların hüquqlarını kobud şəkildə pozur, hətta axtarış vaxtı onları lüt soyunmağa məcbur edirlər.
 
Bu məlumatı “İnsan hüquqları mərkəzi” təşkilatı da təsdiqləyib.
 
Amma həbsxana rəhbərliyi deyilənləri rədd edir.
 
5 nömrəli bu həbsxana Gürcüstandakı 3 qadın islah müəssisəsindən biridir.
 
Bu həbsxanada yüngül və orda cinayət törədən qadınlıar saxlanır.
 

Google+ WhatsApp ok.ru