Gürcüstanda dəhşətli virus aşkarlanıb

Gürcüstanda dəhşətli virus aşkarlanıb

Gürcüstanın Bolnisi rayonunda Denqe virusuna yoluxma halı qeydə alınıb.
 
Təhlükəli virus Fazisi kəndinin sakinində aşkarlanıb. Gənc oğlan xəstəxanaya yerləşdirilib.
 
Artıq Gürcüstan Səhiyyə Nazirliyi virsunun yayılmasının qarşısını almaq üçün Bolnisiyə 10 həkim göndərib.
 
Denqe virusu Aedes aegypti növündən olan ağcaqanadlar tərəfindən yayılır. Bu zaman insanlarda 40 dərəcəyə qədər qızdırma, göz ağrısı, əzələ ağrıları müşahidə olunur. Denqe xəstəliyi pasinetlərin ölümünə də yol aça bilər. (modern.az) /

Google+ WhatsApp ok.ru