Gürcüstanda orta məktəblərdə `Dinlər tarixi` dərsliyinin tədrisi mövzusu müzakirə edilib

Gürcüstanda orta məktəblərdə `Dinlər tarixi` dərsliyinin tədrisi mövzusu müzakirə edilib

-- Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer alıb...

Tbilisidə Patriarxlıqdakı Gənclər Mərkəzində dini icmaların və QHT-lərin iştirakı ilə orta məktəblərdə “Dinlərin tarixi” mövzusuda dərsliyin əlavə edilməsi müzakirə olunub.
 
Maide.Az  xəbər verir ki, toplantıda dini icma rəhbərləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Təhsil Nazirliyinin və Parlamentin təhsil və insan hüquqları komitələrinin sədrləri və bir neçə QHT sədrləri çıxış ediblər. Yığıncaqda dərs vəsaitinin necəliyi və tədris edən müəllimlər haqqında fikir mübadiləsi aparıldı və mövzu ilə əlaqədar bir sıra suallar cavablandırıldı.
 
Yığıncaqda çıxış edən Gürcüstanın Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov dinlərin tarixi dərsliyindən əlavə ilahi dinlərin ümumi dəyərlərini əks etdirən və müəyyən əxlaqi mövzularda (Dinlərin elmə dəvəti, zərərli vərdişlər haqda dinlərin görüşü və vətən sevgisi və insanlarla davranış qaydaları və s. kimi şagirdlərin tərbiyəsi ilə əlaqədar mövzular barədə) dinlərin ortaq fikirlərinin braşur və kitabça şəkilində tədris olunmasını da təklif edib.
 
GMİ-nin şeyxi Hacı Ramin İgidov bildirib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərinin genişlənməsinə səbəb olmalıdır”.
 
O çıxışında Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer aldığını xatırladaraq əlavə edib ki, “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır”.
 
Görüşdə iştirak edən Təhsil və Elm Nazirliyinin nümayəndəsi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılması yönündə işlər aparıldığını bildirib. 
 
 

Google+ WhatsApp ok.ru