Gürcüstanda Qədir-Xum bayramı keçirildi (Foto)

Gürcüstanda Qədir-Xum bayramı keçirildi (Foto)

Hər il olduğu kimi bu günlərdə də Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün  "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, bayram süfrələri açılır.
Maide.Az xəbər verir ki, dini mərasimləri ölkəmizin müxtəlif yerlərində keçirilməsini proqramlaşdıran Gürcüstan Müsəlmanları İdarəsi bu bayramı sentyabrın 8-də Qardabanidə, ötən gün isə Bolnisi rayonunun Faxralı kəndində din, dövlət və ictimaiyyət xadimlərinin və yerli sakinlərin iştirakı ilə qeyd etdi.
 
Ötən gün eləcə də Marneuli, Msxeta, Tbilisi və Kaspi şəhərlərində də yerli dini təşkilat və müsəlmanların dəstəyi ilə keçirildi.
 
Qurani-Kərimin tilavəti ilə açılan mərasimlərdə “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda din xadimləri məclis iştirakçılarını məlumatlandırdı.
 
Şeirlər oxundu və İlahilər səsləndirildi. Peyğəmbərimizn (s) iki əmanəti və sifarişləri müsəlmanlara çatdırıldı. Sonda bayram süfrəsi açıdı.
 
 
 
 
 "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət evində səadətli "Qədir-Xum" bayramı münasibəti ilə möhtəşəm bayram tədbiri keçirildi.
 
Maide.Az xəbər verir ki, Qari Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan bayram mərasiminin aparıcısı Azər Məmmədov mərasim iştirakçılarını bu mühüm gün münasibəti ilə təbrik etdi və Azərbaycan Respubilkasından təşrif gətirən Əhli-beyt (ə) məddahı Akşin fateh öz gözel səsi ilə Əli (ə) şəninə ilahilər səsləndirdi. 
 
Məclisin davamında çıxış edən Marneuli İmamcümələrindən olan Hacı Hacı Hacıyev Qədir-Xum gününün əzəmətindən və dəyərindən danışdı.
 
Məclisin sonunda Əhli-beyt (ə) məddahının Əli (ə) şəninə ifa etdiyi ilahilərlə və "Fərəc" duasının oxunması ilə başa çatdı.
 
 

Google+ WhatsApp ok.ru