Gürcüstanda İmam Zaman (ə.c) ağanın mövludu münasibətilə bayram tədbiri keçirilib - FOTO

Gürcüstanda İmam Zaman (ə.c) ağanın mövludu münasibətilə bayram tədbiri keçirilib - FOTO

Gürcüstanın Rustavi şəhərində Həzrət Məhdinin (ə) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki,  ətraf rayon və kəndlərdən din, elm və ictimaiyyət xadimlərinin qatıldığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və İran və Azərbaycandan dəvət olunan alim, şair və məddahlar iştirak edib. 
 
Məşədi Vidadi Qurbanovun aparıcılığı və Quran tilavəti ilə başlayan mərasimdə öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev iştirakçıları və ölkə müsəlmanlarını təbrik edib, Məhdəviyyət  ideyasının İslam məzhəblərində qeyd qeyd olunduğunu vurğuladılar. Xilaskarın məhz Peyğəmbər (ə) Əhli-beytndən olması və hal-hazırkı dövrdə O Həzrətin intizarında olan müsəlmanların vəzifələri haqqında danışdılar. 
 
Sonra Əhlibeyt şairləri Hacı Elşən Xəzər və  şair Ustad Qəffari Həzrət Məhdi (ə) haqqında yazdıqları yeni şeirləri oxudular. 
 
Tədbirin əsas xətibi olan Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi, din alimi Seyid Əliəkbər Ocaqnejad çıxışı zamanı Həzrət Mehdinin (ə) haqqında bir neçə Quran ayələrini izah edib, qeybət dövründə yolunu gözləyən möminlərin məsuliyyət və xüsusiyyətlərindən geniş söhbət edib.
 
Mərasimə qonaq olan İranın Həzrət Məhdi (ə) adına Araşdırma Mərkəzinin sədri Pur Seyyid Ağayi öz təbrik və ürək sözlərini iştirakçılara çatdırdı.
 
Tədbirin sonunda Əhlibeyt məddahı Fərşad Xəndani Həzrət Məhdinin (əc) şəninə mədhiyyə və qəsidələr oxudu və Səid Həsənin ifasında dini ilahilər  səsləndirildi. Nəhayət mərasim  İmam Zaman (ə) duası ilə sona çatdı. İştirakçılar  bayram süfrəsi ətrafında təəssuratlarını bölüşdülər.
 
Qeyd edək ki, bu həftə boyunca, Gürcüstanın bir çox bölgələrində digər məsumların viladət günləri kimi Həzrət İmam Zamanın (ə) da mövludu böyük sevinc və şadlıqla qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru