Gələn həftə ATƏT-in baş katibi Azərbaycana gələcək

Gələn həftə ATƏT-in baş katibi Azərbaycana gələcək

ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək.
 
Maide.Az bildirir ki, bu barədə Turana Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
O bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək:
 
"Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
 
H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.
 
Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq. Onun səfəri regional xarakter daşıyır. 

Google+ WhatsApp ok.ru