Gənc fəallar 8 sutkalığa həbs olunublar yenilənib

Gənc fəallar 8 sutkalığa həbs olunublar yenilənib

Bazar ertəsi Yasamal Rayon Məhkəməsi AXCP-nin dörd fəalını polisə müqavimət göstərmək ittihamı ilə 8 sutkalığa həbs edib. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
 
Xatırladaq ki, Milli Şuranın şənbə mitinqi başa çatdıqdan sonra polis aksiyadan gedən fəallara hücum edərək zorakılıq tətbiq edib . 40-a yaxın adam saxlanılıb. Onların arasında jurnalistlər də olub. Sonradan onları buraxıblar. Lakin adları açıqlanan dörd nəfər qalıb. DİN-in rəsmi məlumatda bəzi mitinqçilərin ictimai asayişi pozduğu bildirilir. (contact.az)

Google+ WhatsApp ok.ru