Gənc çinli fotoşopdan istifadə etmədən şəkillərdə `yox olur` – FOTO/VİDEO

Gənc çinli fotoşopdan istifadə etmədən şəkillərdə `yox olur` – FOTO/VİDEO

Çin rəssamı Lyu Bolin "gözəgörünməz insan" kimi sosial şəbəkələrdə məşhurlaşıb.
 
Maide.Az  bildirir ki, şəkillərdə "yox olmaqla" öz qabiliyyətini sərgiləyən gənc oğlan hamını təəccübləndirir. Ən əsası o, fotoşopun köməyindən istifadə etmədən bunu edir. İzləyicilər məmnuniyyətlə şəkillərə baxır, rəssam isə öz siluetini fotonun içində gizlədərək izləyicilərin marağını xeyli artırır.

Çin rəssamı bu işi məşhur fotoqraf Enni Leybovislə (Annie Leibovitz) birgə edir. Onlar italyan brendi olan Moncler üçün xüsusi seriyalar yaradırlar. Lyu Bolin maraqlı ideya ilə - ətraf mühitlə "birləşərək" firmaya məxsus dəbdə olan geyimləri nümayiş etdirir.

Rəssam çoxdan "yox olma" sənətini inkişaf etdirir. O, bundan əvvəl bir neçə dəfə urbanistik landşaftın fonunda "itib", təbii mühitlə birləşərək, gözəgörünməz obraz yaradıb. Bu dəfə rəssam ekstremal şəraitdə işləməyə qərar verir. Bunun üçün o, İslandiya buzlaqlarına yola düşür. Lyu Bolin yalnız fiqurativ mənada deyil, həm də reallıqda təbiətlə birləşməni hiss etmək istədi. Nəticələr inanılmaz gözəldir!(publika.az)

 

Google+ WhatsApp ok.ru