Gənclik Mall-un qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı

Gənclik Mall-un qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı

-- Avtobus dayanacaq məntəqəsi...

Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.
 
Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, Gənclik Mall-un qarşısında gündəlik müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün isə Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır.
 
Onun sözlərinə görə, ümumilikdə paytaxt yollarında 166 məntəqədə avtobus dayanacaq cibləri və piyada səkiləri inşa ediləcək, dayanacaq pavilyonları quraşdırılacaq və məntəqələr təşkil ediləcək.
 

Google+ WhatsApp ok.ru