`Gənclərin dini və inqilabi tərbiyəsi üçün səy göstərilməlidir` - Ayətullah Xamenei - FOTO

`Gənclərin dini və inqilabi tərbiyəsi üçün səy göstərilməlidir` - Ayətullah Xamenei - FOTO

Ali Rəhbər Həzrət Ayətullah Xamenei dünən səhər Yəzd və Həmədan əyalətlərinin mədəniyyət işləri üzrə bir qrup məsul şəxsi və fəalları ilə görüşüb. Bu görüş zamanı gənc nəsildə inqilabçı ruhiyyəsinin gücləndirilməsinin zəruri olduğunu vurğulayan Ali Rəhbər qeyd edib ki, Şəhid Höcəci İnqilab yetirmələrinin parlaq nümunəsidir: “Mədəniyyət sahəsinin məsul şəxsləri müxtəlif mühitlərdə inqilab hərəkatını və ruhiyyəsini gücləndirməyə və himayə etməyə borcludur”.
 
Maide.Az xəbər verir ki, Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, müasir dünyada gənc nəslin doğru yoldan sapması üçün çoxlu sayda zəminlər yaradılmışdır: “Bu zərərli təbliğatlar və azdırıcı səslər qarşısında gəncləri doğru yola yönəltmək və yetişdirmək üçün böyük potensiallar vardır”.
 
Ali Rəhbər çıxışının davamında qeyd etdi ki, Şəhid Höcəci islamçı və inqilabçı yetirmələrin parlaq bir nümunəsidir: “Əziz Şəhid Höcəci təhrikedici audio və video pəncərələrin çox olduğu bir dünyada elə parladı ki, Allah onu hamının gözləri önündə höccət etdi”.
 
O vurğuladı ki, düşmənə qarşı mübarizə meydanlarında iştirak etmək gənclərin çox böyük istəyidir: “Bu gün gənclərin çoxu yüksək əhval-ruiyyə və inanılmaz imanla özlərinin həyatları, ailələri və rahatlıqlarından keçmək, sevgi ilə cihad etmək, düşmənlə mübarizədə dəyərləri qorumaq istəyindədir. Bu yeni və qiymətli yetirmələrin qədrini bilmək lazımdır”.
 
İnqilab və mübarizlik ruhiyyəsinin gücləndirilməsinin mədəniyyət sahəsinin məsul şəxslərinin ən mühüm vəzifəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei onlara xitab edərək dedi: “Bütün səylərinizi gənclərin dini və inqilabi tərbiyəsinə sərf etməlisiniz. Bilin ki, əxlaq da inqilabçı və dini ruhiyyənin gücləndirilməsi, mübarizə hərəkatı və Allah yolunda mübarizə aparmaq istəyi ilə birlikdə yaranıb əbədiləşir”.
 
Ali Rəhbər vurğuladı: “Məsul şəxslər xoşbəxtlikdən gənclər arasında mövcud olan İnqilab qüvvəsinin irimiqyaslı fəaliyyətini gücləndirməli, İnqilab hərəkatını zəiflədəcək, İnqilaba zidd olan hərəkatın mədəni, akademik və dini təbliğat mühitlərindəki fəaliyyətini gücləndirəcək şəkildə davranmamalıdır”. (leader.ir) /
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru