`Gənclərin rəcəb ayında keçirilən etikaf mərasimlərində iştirakı gözəl bir mənzərədir`

-- Rəcəb və şəbanda insan bütün diqqətini Allaha yönəldib...

Rəcəb və şəbanda insan bütün diqqətini Allaha yönəldib, Uca Yaradanın varlığını bütün qəlbi ilə hiss etməyə nail olsa, özünü bütün hallarda Tanrının bitib-tükənməyən elminin hüzurunda hiss etsə, mübarək Ramazan ayının bəndələrin heç birindən əsirgənməyən ilahi ziyafətində yüksək səviyyədə iştirak edə biləcək.
 
Xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, özəlliklə də gənclərin ilahi bir ənənə olaraq rəcəb ayında keçirilən etikaf mərasimlərində (Rəcəb ayının 13, 14 və 15-i “came məscidi”ndə yerinə yetirilən müstəhəb əməl) iştirakı gözəl bir mənzərədir. İnqilabın bütün bərəkət və nailiyyətləri bu mənəvi-ruhi ehtiyat əsasında əldə olunub.
 
Mərhum İmam Xomeyninin (r.ə) dünyanın zorakı qüvvələri qarşısında müqaviməti, xalqı həyəcana gətirmək, hərəkətə keçirmək bacarığı və təqdirəlayiq gücü onun öz Rəbbi ilə gecələrin  dərinliyində, ixlasla paylaşdığı göz yaşı, ibadət və minacatlara söykənirdi.
 

Mən dəfələrlə demişəm ki, qədr gecələrində, etikaf günlərində (Rəcəb ayının 13, 14 və 15-i “came məscidi”ndə yerinə yetirilən müstəhəb əməl), mübarək Ramazan bayramı günü qılınan namaz mərasimlərində insanın heç gümanına belə gəlməyəcək şəxslərin qəlblərinin diqqətini Allaha yönəldərək ibadət etdiklərinin şahidi olmaq mümkündür.

İlahi! Səni and veririk Qurana! Səni and veririk bizi doğru yola istiqamətləndirən Peyğəmbəri-Əkrəmə (s) və məsum imamlara (ə)! Qəlblərimizi mənəviyyatla əvvəlkindən də çox doldur! İlahi! Bizləri Qurandan və Əhli-beytdən (ə) uzaq salma!

Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei (Maide.Az)
 

Google+ WhatsApp ok.ru