HƏYAT YOLU (1)

HƏYAT YOLU (1)

-- Bil ki, qarşında çətin bir dolambac var və....

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 31-ci məktununda oğlu imam Həsənə (ə) vəsiyyət edərkən həyat yolundan, həyat yolunun məqsədi və azuqəsindən, onun uzun və təhlükəli olması, çətinlikləri və aşırımlarından danışaraq buyurur:

وَاعْلَمْ يا بُنَىَّ اَنَّ أَمامَكَ طَريِقاً ذا مَسافَة بَعيِدَة، وَ أَهْوال شَديدَة، وَاَنَّهُ لا غِنَى بِكَ عَنْ حُسْنِ الاِْرتِيادِ، وَقَدِّرْ بَلاغَكَ مِنَ الزّادِ مَعَ خِفَّةِ الظَّهْرِ، فَلا تَحْمِلَنَّ عَلى ظَهْرِكَ فَوْقَ بَلاغِكَ (طاقَتِك) فَيَكوُنَ ثَقيلا وَ وَبالاً عَلَيْكَ، وَ إِذا وَجَدْتَ مِنْ أَهْلِ الْحاجَةِ مَنْ يَحْمِلُ لَكَ زادَكَ (اِلى يَوْمِ الْقِيامَة) فَيُوافِيكَ بِهِ (غَدَا) حَيْثُ تَحْتاجُ اِلَيْهِ فَاغْتَنِمْهُ، وَ اغْتَنِمْ مَنْ اسْتَقَرْضَكَ فِى حالِ غِنَاكَ وَ جَعَلَ قَضاءَهُ لَكَ فِى يَوْمِ عُسْرَتِكَ (وَ حَمِّلْهُ اِيَّاهُ، وَ أَكْثِرْ مِنْ تَزْويدِهِ وَ أَنْتَ قادِرٌ عَلَيْهِ فَلَعَلَّكَ تَطْلُبُهُ فَلاتَجِدُه) وَ اعْلَمْ أَنَّ أَمامَكَ عَقَبَةً كَؤُوداً (المُخِفُّ فِيها اَحْسَنُ حالا مِنَ المُثْقِلِ وَالمُبْطِىءُ عَلَيْها اَقْبَحُ حالا مِنَ الْمُسْرِع) لا مُحَالَةَ أَنَّ مَهْبِطُها بِكَ عَلى جَنَّة، أَوْ نار، فَارْتَدُ لِنَفْسِكَ قَبْلَ نُزوُلِكَ

“Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngül ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr. Yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil. Qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın. Bil ki, qarşında çətin bir dolambac var enəcəyin yer yalnız ya behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə düşün.”

Şübhəsiz, dünya həyatı insanı axirətə aparan bir yoldur. Həyat, insanın keçməyə məcbur olduğu uzun-uzdadı, təhlükəli keçiddən başqa bir şey deyil. Əlbəttə ki, “uzun-uzadı” dedikdə coğrafi uzunluq nəzərdə tutmuruq. Bu məsafə insanın ömrüdür.

Bu səfərin iki xüsusiyyəti var: Əvvəla, bu yol çox uzundur və onun nə vaxt, hansı nöqtədə başa çatacağı məlum deyil. Ağıl bütün gücünü sərf etsə belə, onun sonunu kəşf etməkdə acizdir. İkincisi, bu səfər olduqca təhlükəli bir səfərdir. Bu yolda hərəkət edən insan üçün daim büdrəmə, çaşma qorxusu var. Bu yolda bir an qəflət, yuxu bir ömür peşmançılığa səbəb ola bilər. İnsan ömür boyu öz əməl və rəftarlarına diqqətli olmalıdır. Yalnız peyğəmbər və övliyalar bu yolu yaxşı tanıyır, bu məqsədə çatmaq üçün hansı mərhələlərdən keçmək lazım gəldiyini gözəl anlayırlar. Adi insanlar nə qədər çalışıb zəhmət çəksələr də, bu məsələni olduğu kimi dərk edə bilmirlər. Bəlkə, həmin dərin düşüncəyə görə dost da, düşmən də imam Əlinin (ə) həyatını anlamaqda, onun kimi yaşamaqda öz acizliyini bildirir. Həzrət (ə) gündüzlər ya əkin sahəsində işləyər, ya da döyüş meydanında olardı. Hakimiyyətdə olduğu vaxt isə xalqın problemləri ilə məşğul olardı. Həzrətin (ə) vaxtı gündüzlər (ibadət istisna olmaqla) yalnız belə işlərə sərf edilərdi. Gecənin isə bir hissəsini Həzrət fəqirlərə, yetimlərə, miskinlərə sərf edərdi. Gecənin əsas hissəsini ibadət edər və azca yatardı. Onun ibadəti nalə, göz yaşı ilə müşayiət olunar, səfərin uzunluğundan, azuqənin azlığından şivən qoparardı. Həzrət (ə) bilirdi ki, əsas məqsədə aparan yol çox uzundur. Bizlər isə bu həqiqəti dərk etməkdə çətinlik çəkirik.

Əhli-beyt (ə) buyruqlarından belə məlum olur ki, onların dərk etdiyini bizlərin dərk etməsi mümkünsüzdür. Məgər qarşıda uzun və ağır səfərə çıxası insan, daha doğrusu, belə bir səfərdə olan insan rahat otura bilərmi?! Oturmaq, faydasız sözlər danışmaq bekarların işidir. Gündəlik işlərimizdən birini nəzərdən keçirməklə öz münasibətimizi sınaqdan keçirə bilərik. Məsələn, zəruri bir iş dalınca bir neçə saatlıq yol getməli insan hökmən hazırlaşır və məqsədə çatanadək heç vəchlə rahatlaşmır. Bu yolu öz avtomobili ilə qət edəsi şəxs hökmən avtomobilin təkərlərini, yanacağını və sair zəruri hissələrini nəzərdən keçirir. Bir sözlə, yola çıxmalı olan şəxs hazırlıq görür və yalnız mənzil başına çatdıqdan sonra toxtaqlıq tapır. Bəs necə ola bilər ki, sonu bilinməyən ömür səfərində insan rahatca gün keçirə? İkinci problem bu yolun təhlükəli olmasıdır. İnsan hər iki tərəfi uçurum olan ömür yolunda azca büdrəməklə məhv ola bilər.

Bir sözlə, qarşımızdakı ömür yolu həm uzun, həm də təhlükəlidir. Hər an minlərlə təhlükə ilə üzləşə bilərik. Əgər ətrafımıza diqqətlə nəzər salsaq, büdrəyib uçuruma yuvarlanmış bəs qədər insan görərik. İnanılmayası insanlar büdrəyib. O qədər şəkk-şübhə içində vurnuxublar ki, iş inkar həddinə çatıb. Hansı ki, bizim gördüklərimiz baş verənlərin yalnız kiçik bir hissəsidir. Allahın sirr saxladığı, üstünə pərdə çəkdiyi işlər isə daha çoxdur. Məbada, yolumuz üstündəki təhlükələrdən qəflətdə qalaq. Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var.” (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.245-247.)

(Maide.Az)

 

 

Google+ WhatsApp ok.ru