Hər il 800 min insanı öldürən virusla bağlı inanılmaz fakt 11 May 2018 01:00 Maraq dünyası -- Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış 137 insanın skelet sümükləri üzərində araşdırma aparıb Qədim insanın dişində ölümcül virus tapılıb. Maide.Az Sputnik-ə istinadən xəbər verir ki, Kopenhagen Universitetinin alimi Eske Villerslevin rəhbərliyi altında həyata keçirilən araşdırma zamanı 4,5 il bundan əvvəl yaşamış qədim insanın dişində Hepatit B virusu aşkar edilib. Bu, virusun varlığını sübut edən ən qədim faktdır. Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış 137 insanın skelet sümükləri üzərində araşdırma aparıblar. Bundan əlavə fərqli bir araşdırmada 167 nəfərin genomu təhlil edilib. Araşdırma zamanı 4,5 min il əvvəl yaşamış bir nəfərin dişində hepatit B virusu aşkar edilib. Buna qədərə hepatit B virusunun varlığının sübutu 450 ilə bərabər idi. Araşdırmalar sübut edir ki, virus bir neçə il içində Avrasiyada geniş yayılıb. ABŞ xəstəliklərə nəzarət mərkəzinin məlumatına görə, hər il dünyada 786 min insan hepatit B səbəbilə dünyasını dəyişir. Teqlər : #Hər il 800 min insanı öldürən virusla bağlı inanılmaz fakt , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Apple” 2 ay vaxt verdi - Mobil tətbiqlər dəyişir TƏHLÜKƏ var? - Yerə asteroid yaxınlaşır