HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-9

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-9

-- Bu altı əməli Peyğəmbər (s) məkruh elan edib:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ بْنِ أَحْمَدَ بْنِ الْوَلِيدِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ الصَّفَّارُ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحُسَيْنِ بْنِ مُوسَى عَنْ غِيَاثِ بْنِ إِبْرَاهِيمَ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ‏ آبَائِهِ ع قَال: 
 
Şeyx Səduq yazır: Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid (Allah ondan razı olsun) hədis etdi mənə Məhəmməd ibn Həsən Səffardan, o da Əhməd ibn Məhəmməd ibn İsadan, o da Hüseyn ibn Musadan, o da Qiyas ibn İbrahimdən, o da İmam Sadiqdən (ə), o da ata-babalarının vasitəsi ilə Allah Rəsulundan (s): 
 
 قَالَ رَسُولُ اللَّهِ (ص‏): إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى كَرِهَ لِي سِتَّ خِصَالٍ وَ كَرِهْتُهُنَّ لِلْأَوْصِيَاءِ مِنْ وُلْدِي وَ أَتْبَاعِهِمْ مِنْ بَعْدِي الْعَبَثَ فِي الصَّلَاةِ وَ الرَّفَثَ فِي الصِّيَامِ وَ الْمَنَّ بَعْدَ الصَّدَقَةِ وَ إِتْيَانَ الْمَسَاجِدِ جُنُباً وَ التَّطَلُّعَ فِي الدُّورِ وَ الضَّحِكَ بَيْنَ الْقُبُورِ.
 
Allah Rəsulu (s) buyurdu: “Allah-Taala mənim üçün altı xisləti məkruh (xoşagəlməz) elan etdi və mən də o xislətləri məndən sonrakı vəsilərim və onların davamçıları üçün məkruh elan edirəm: Namazda (saqqal və bu kimi şeylərlə) oynamağı (mənasız hərəkətlər etmək), Ramazan ayında söyüş söyməyi, cinsi əlaqəni, sədəqə verdikdən sonra minnət qoymağı, məscidlərə cənabətli halda gəlməyi, başqalarının evinə və həyətinə (və başqalarından örtdükləri yerlərə) baxmağı, qəbiristanlıqda gülməyi.”
 
İzah: 
 
Müşahidə etdiyiniz kimi, hədisdə bizim haram hesab etdiyimiz bəzi məsələlər də vardır ki, bu barədə qısa izaha ehtiyac vardır. Əvvəla, hədis məsələyə əxlaqi prizmadan yanaşır. Yəni bu işlər haram olmaqla yanaşı, həm də əxlaqi baxımdan pislənilir və bəyənilmir. Bundan əlavə, müsəlmanlar məscidin hökmləri haqda məlumatlı idilər və bilirdilər ki, məsciddə cənabətli qalmaq olmaz. Amma cənabətli şəxs məsciddə dayanmamaq şərti ilə məscidə bir qapıdan girib digər qapıdan çıxa bilər. Ola bilsin ki, Peyğəmbərin (s) məqsədi bu işin də məkruh olmasını çatdırmaqdır. Digrə məsələ oruc halında cinsi əlaqədə olmağın haramlığıdır ki, hədisdə məkruh kimi göstərilib. Burada da Peyğəmbərin (s) məqsədi cinsi əlaqənin müqəddiməsidir. Yəni ər və arvadın onları cinsi əlaqəyə sövq edəcək və oruclarının batil olmasına səbəb olacaq işləri görməsi məkruhdur.
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 10/60, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir-Maide.Az)
 

Google+ WhatsApp ok.ru