Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). ("Bəqərə" surəsi 31)

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”



Hər dörd amerikalıdan biri daim onlayndır

-- Amerikalıların 54%-i hər gün internetə girir

Tarix : 12-04-2018 17:26

Aparılmış yeni tədqiqatın nəticələrinə görə, amerikalıların 25%-dən çoxu demək olar ki, həmişə onlayndır.
 
«Pew» Tədqiqat Mərkəzinin bu ilin yanvarında apardığı araşdırma Amerikada yetkin insanların 26% -nin internetdə çox vaxt keçirdiyini ortaya qoyub. 2015-ci ildə bu göstəricinin 21% olduğu bildirilir.
 
«Pew» Tədqiqat Mərkəzi bundan başqa, insanların 77%-nin ən azı hər gün internetə girdiyini müəyyən edib. Yetkinlik yaşına çatmış amerikalıların yalnız 11%-i internetdən heç istifadə etmədiyini bildirib.
 
Smartfonlar və yaş amili
 
İnternetdən həddindən artıq istifadə edən insanların faiz nisbətinin artmasının bir səbəbi smartfonların geniş yayılması və kütləvi istifadəsidir. Yetkinlik yaşına çatmış hər 10 amerikalıdan 8-i ən azı vaxtaşırı internetə smartfonundan daxil olduğunu bildirib. Smartfon istifadəçilərinin 89%-i internetə hər gün daxil olduğunu, 31%-i isə, demək olar, həmişə onlayn olduğunu deyib.
 
İnternetə mobil cihazlarından yox, kompüterlərindən girən amerikalılara gəlincə, onların 54%-i hər gün internetə girir və yalnız 5%-i internetdə çox vaxt keçirir.
 
Fasiləsiz internetdə olduğunu bildirənlər arasında gənclərin liderlik təşkil etdiyi ortaya çıxıb ki, bu da təəccüblü deyil. Gənclərin 39%-i, demək olar ki, həmişə onlayn olduğunu bildirib, az qala, yarıya qədəri isə gün ərzində dəfələrlə internetə girdiyini deyib.
 
Yaşı 65-i keçmiş amerikalılara gəlincə, onların yalnız 8%-i davamlı onlayn olduğunu, 30%-i isə gün ərzində bir neçə dəfə internetə daxil olduğunu deyib.
 
30-49 yaşlı amerikalıların internetdə, az qala, gənclər qədər vaxt keçirdiyi ortaya çıxıb. Yaşı 50 ilə 64 arasında olanlarınsa 17%-i, demək olar ki, davamlı internetdə olduğunu deyib. Bu isə 3 il öncəki 5%-lə müqayisədə çox böyük sıçrayışdır.
 
«Pew» Tədqiqat Mərkəzi internetdən ən çox istifadə etdiyini bildirən qruplar arasında universitet təhsili olan böyüklər, yetkinlik yaşına çatmış qaradərililər, yüksəkgəlirli ailələrdə yaşayan böyüklər və kənd ərazisi sayılmayan ərazilərdə yaşayan sakinlər kimi qrupların olduğunu müəyyənləşdirib.
 
Təhsil və gəlirin təsiri
Bakalavriat və ya daha yüksək təhsili olan şəxslərin 1/3-dən çoxu və ya 34%-i, demək olar, daim internetdə olduğunu bildirib. Müqayisə üçün qeyd edək ki, tam orta məktəb və ya daha az təhsili olanların yalnız 20%-i davamlı onlayn olduğunu deyib.
 
Qaradərili amerikalılara gəlincə, onların 37%-i, az qala, daim onlayn olduğunu bildirib. 92%-i isə ən azı hər gün internetə qoşulduğunu göstərib. Müqayisə üçün, araşdırma ölkənin latın amerikalı sakinlərinin 30%-nin, ağlarınsa 23%-nin ən azı hər gün internetə girdiyini müəyyən edib. Həm qaradərililər, həm də latın amerikalılar arasında internetdən istifadə etmə faizinin artdığı üzə çıxıb. Ağdərililər arasında bu göstərici sabit qalıb.
 
Maraqlıdır ki, «Pew» tədqiqat mərkəzi, eyni zamanda, gəlir səviyyəsinin də internetdə keçirilən vaxtın həcminə təsir etdiyini üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, illik gəliri 75 min dollar və daha artıq olan amerikalıların 35%-i, demək olar ki, davamlı internetdə olduğunu bildirib. Gəliri ildə 30 min dollardan az olanların arasında isə bu göstərici yalnız 24% olub.
 
Şəhər və şəhərətrafı ərazilərdə yaşayan amerikalıların daim internetdə olması ehtimalının kənd ərazilərində yaşayanlarla müqayisədə daha yüksək olduğu üzə çıxıb. Şəhər və şəhərətrafı ərazilərdə yaşayanların 27%-i, kənd ərazilərində yaşayanlarınsa yalnız 15%-i az qala davamlı onlayn olduğunu deyib.(azadliq.org) 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:53
12:39
19:41
23:55
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-04-2018 05:51