Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.("Bəqərə" surəsi 21)

İmam Həsən (ə) buyurur:
“Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”



`Həzrət Zeynəb (s.ə) göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər`

-- Aşura hadisəsində ifa etdiyi əvəzsiz rolu ilə

Tarix : 01-04-2018 20:25

Aşura hadisəsində qanın qılınca qələbə çalmasının başlıca amili məhz Həzrət Zeynəb (s.ə) olmuşdur. Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz və görkəmli rolu ilə bütün insanlığa göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər.     
 
Həzrət Zeynəb (s.ə) qadın hicabını, qadın iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirdi.  Bu reallığın bariz nümunəsi o xanımın dövrün olduqca sərt şəraitində Kufə bazarında söylədiyi unudulmaz xütbədir. Həzrət Zeynəb (s.ə) yüksək natiqlik qabiliyyəti və ustalıqla müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini dəqiqliklə analiz etdi, əziz İslam Peyğəmbərinin (s) və Həzrət Əlinin (ə) həyata keçirdikləri inqilabın təhlükə altında olduğunu bəyan etdi. 
 
Həzrət Zeynəb (s.ə) öz xütbəsində açıqlayır ki, dövrün müsəlman cəmiyyətinin başlıca problemi camaatın inqilabçılıq iddiası edən fitnəkarları tanımaqda, haqqı batildən seçməkdə uzaqgörənlik nümayiş etdirməməsidir və bunun acı nəticəsi isə Peyğəmbər övladının – imam Hüseynin (ə) başının nizələrə taxılması olmuşdur. 
 
Həzrət Zeynəbin (s.ə) Aşura hadisəsində, habelə bu hadisədən sonra oynadığı müstəsna rolu və davranışı bütün bəşəriyyət üçün, xüsusilə də müsəlman qadınlar üçün gözəl örnəkdir. O mübarək xanım öz simasında qadınlıq hicabı, həya və iffəti  ilə mömin-müsəlman şərəfini  çulğalaşdırmaqla, əslində, qadının cəmiyyətdəki həqiqi məqamını və statusunu nümayiş etdirdi. 
 
Bu günümüzdə pozğun Qərb dünyası qadın şəxsiyyətini təqdim etmək üçün yanlış və əxlaqsız metodlardan istifadə edir. Qərb dünyası belə bir ideya aşılamağa çalışır ki, qadının gücü və böyüklüyü hicabı, iffəti bir kənara atıb şəhvətpərəst kişilərin qarşısında nazlanmaqdadır. Halbuki, bu, qadın üçün təhqiramiz bir işdir.   
 
 
 Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei
(Maide.Az)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 08:19