H.Nəsrullah: ABŞ –ın əsas hədəfi Fəratın şərqində mövcud olan neft-qaz yataqlarıdır 16 Fevral 2018 02:00 Fələstin -- Livan rəhbərləri də İsraili hədələyə bilər, necə ki, Tel-Əviv bunu edir İşğalçı ABŞ-ın Suriyada qalması Fəratın şərqində olan neft-qaz quyularına görədir. Maide.Az “almanar”-a istinadən xəbər verir ki, bunu Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bu gün Beyrutun cənubunda müqavimət şəhidlərinin (Şəhid Şeyx Rağib, Seyid Abbas Musəvi və İmad Müğniyə) xatirəsinə həsr olunmuş mərasimdə çıxışında bildirib. H.Nəsrullah qeyd edib ki, bəzi ərəb və qeyri-ərəb ölkələrinin rəhbərləri Suriyanın neft-qaz yataqları və təbii sərvəti haqqında danışır. “Bütün bunlar baş verən qarşıdurma və gərginliyin əsas səbəblərindəndir. Biz dünyanın müqavimət əleyhinə olan müharibəsinin ağır mərhələsini geridə qoymuşuq. Eyni zamanda müqaviməti qorumaq, yeni qələbə və nailiyyətlər əldə etməklə şəhid komandirlərimizin vəsiyyətini yerinə yetirmişik. Bu dövr ərzində ağır problemlərlə üzləşməyimizə baxmayraq İslami müqavimət hərəkatını daha güclü və inkişaf etdirmişik.” Seyid Həsən Nəsrullah regionda neft-qaz müharibəsinin əsas səbəbi kimi ABŞ prezidenti Donald Tramp və onun hökumətini günahlandırıb: “İsrail Tramp hökumətinin imkanlarından istifadə etməklə, Suriyadakı müharibə alovundan yararlanıb, Covlan təpələrini işğal olunmuş ərazilərə birləşdirmək istəyir. Bunun üçün ABŞ və beynəlxalq aləmdən qətnamə qəbul edilməsini arzulayır”. H.Nəsrullah deyib ki, işğalçı ABŞ Suriyanın şərqində İŞİD-in tör-töküntüsünü dəstəkləməklə regionda qalır. “Guya terrorla mübarizə aparır. Amma əslində ABŞ –ın əsas hədəfi Fəratın şərqində mövcud olan neft-qaz yataqlarıdır. Ümumiyyətlə ABŞ regiondakı bütün enerji mənbələrini (Fəratın şərqi, İraq, Qətər fə Fars Körfəzində) birləşdirərək əlində saxlamağı planlayıb.” H.Nəsrullah bildirib ki, Livanın təbii sərvətləri xalqa məxsusdur. “Bu gün Livan təbii sərvətləri hesabına iqtisadi inkişaf yolundadır. İşğalçıların əsas niyyəti dəniz sərhədlərinə sahib olmaqdır. Bu gün İsrail rejimi ölkəmizin sərhədlərində divar tikir. Hələlik münaqişəli ərazi adlandırdığı Livan torpaqlarında tikinti işlərini başlamayıb. Biz müqavimət olaraq sərhəd məsələsinə müdaxilə etmirik. Bu məsələ hökumətə aiddir. Lakin hökumətin Livan torpağı hesab etdiyi hər bir qarışı qorumağı özümüzə borc bilirik”. H.Nəsrullah deyib ki, Livanın məsul şəxsləri şeytan ABŞ-a livanlılar arasında ixtilaf yaratmağa icazə verməməlidir. “Ölkənin qurumları da əmanətdar, qorxmaz, məsuliyyətini dərk edən və əmin olmalıdırlar. Neft qaz işində güclü tərəf kimi çıxış etməliyik. Livan rəhbərləri də İsraili hədələyə bilər, necə ki, Tel-Əviv bunu edir. Livanın yeganə güc mənbəyi müqavimətdir. Ona görə ki, Livan ordusuna silah qadağandır. Bizdə lazimi güc, qorxmazlıq və dayanaqlılıq var və düşmən bunu çox yaxşı bilir.” Hizbullah baş katibi deyib ki, ABŞ tərəfsiz vasitəçi deyil. Xüsusilə əgər vasitəçlik edilən tərəflərdən biri İsraildirsə ABŞ-ın vasitəçiliyinin heç yeri yoxdur. ABŞ rəsmiləri Livanı hədələmək üçün gəliblər. “Biz Fələstinin işğal olunmuş ərazilərindəki neft-qaz platformalarını bir neçə saatda tətil etmək gücünə malikik. İsrailin Seyda bölgəsində keçirdiyi əməliyyatı Livana təcavüz və terror kimi qiymətləndirilməlidir.”. H.Nəsrullah Suriya ərazisində İsrail təyyarəsinin vurulmasına da toxunub və bildirib ki, Suriya Hərbi Hava Qüvvələrinin İsrail hərbi təyyarəsini vurması çox stratejik və hərbi önəmi olan bir nailiyyətdir. “Bu hadisədən sonra digər şərtlər öncədə olduğu kimi olmayacaq. Suriya rəhbərləri qərara alıblar ki, özlərini müdafiə etsinlər. Bu Suriyanın öz qərarı və bu ölkənin prezidenti Bəşşar Əsədin öz qərarıdır. İran və digərlərinə heç bir aidiyyatı yoxdur. İsrail hərbi təyyarəsini vuranlar Suriyanın qorxmaz ərəb ordusunun zabit və əsgərləridir. Ərəblər Suriya ordusunun bu addımına görə fəxr etməlidir. Çünki qəhrəmancasına atılmış bir addımdır”. Teqlər : #H.Nəsrullah: ABŞ –ın əsas hədəfi Fəratın şərqində mövcud olan neftqaz yataqlarıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərləri ağac əkən fələstinliləri güllələdi BMT sözçüsü Qəzza böhranının səbəblərini açıqladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar