H.Nəsrullah:  ABŞ –ın əsas hədəfi  Fəratın şərqində mövcud olan neft-qaz yataqlarıdır

H.Nəsrullah: ABŞ –ın əsas hədəfi Fəratın şərqində mövcud olan neft-qaz yataqlarıdır

-- Livan rəhbərləri də İsraili hədələyə bilər, necə ki, Tel-Əviv bunu edir

İşğalçı ABŞ-ın Suriyada qalması  Fəratın şərqində  olan neft-qaz quyularına görədir.  
 
Maide.Az “almanar”-a istinadən xəbər verir ki, bunu  Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bu gün Beyrutun cənubunda  müqavimət şəhidlərinin (Şəhid Şeyx Rağib, Seyid Abbas Musəvi və İmad Müğniyə) xatirəsinə həsr olunmuş  mərasimdə çıxışında bildirib. 
 
H.Nəsrullah qeyd edib ki,  bəzi ərəb və qeyri-ərəb  ölkələrinin rəhbərləri Suriyanın neft-qaz yataqları və təbii sərvəti haqqında danışır. “Bütün bunlar baş verən qarşıdurma və gərginliyin əsas səbəblərindəndir. Biz dünyanın müqavimət əleyhinə olan müharibəsinin ağır mərhələsini geridə qoymuşuq. Eyni zamanda müqaviməti qorumaq, yeni  qələbə və nailiyyətlər əldə etməklə şəhid komandirlərimizin vəsiyyətini yerinə yetirmişik.  Bu dövr ərzində ağır problemlərlə üzləşməyimizə baxmayraq İslami müqavimət hərəkatını daha güclü və inkişaf etdirmişik.” 
 
Seyid Həsən Nəsrullah  regionda  neft-qaz  müharibəsinin əsas səbəbi kimi ABŞ prezidenti  Donald Tramp və onun hökumətini günahlandırıb: “İsrail Tramp hökumətinin imkanlarından istifadə etməklə, Suriyadakı müharibə alovundan yararlanıb, Covlan  təpələrini işğal olunmuş ərazilərə birləşdirmək istəyir. Bunun üçün  ABŞ və beynəlxalq aləmdən  qətnamə qəbul  edilməsini arzulayır”. 
 
H.Nəsrullah deyib ki, işğalçı ABŞ Suriyanın şərqində  İŞİD-in  tör-töküntüsünü dəstəkləməklə  regionda  qalır.  “Guya terrorla mübarizə aparır. Amma əslində  ABŞ –ın əsas hədəfi  Fəratın şərqində mövcud olan neft-qaz yataqlarıdır.  Ümumiyyətlə ABŞ  regiondakı bütün  enerji  mənbələrini (Fəratın şərqi, İraq, Qətər fə Fars Körfəzində) birləşdirərək  əlində saxlamağı planlayıb.”
 
H.Nəsrullah bildirib ki, Livanın təbii sərvətləri xalqa məxsusdur. “Bu gün Livan  təbii sərvətləri hesabına  iqtisadi inkişaf yolundadır. İşğalçıların əsas niyyəti  dəniz sərhədlərinə sahib olmaqdır.  Bu gün İsrail rejimi ölkəmizin sərhədlərində divar tikir.  Hələlik münaqişəli ərazi adlandırdığı Livan torpaqlarında tikinti işlərini başlamayıb.  Biz müqavimət olaraq sərhəd məsələsinə müdaxilə etmirik.  Bu məsələ hökumətə aiddir.  Lakin hökumətin Livan torpağı hesab etdiyi  hər bir qarışı qorumağı özümüzə borc bilirik”. 
 
H.Nəsrullah deyib ki,  Livanın məsul şəxsləri şeytan ABŞ-a  livanlılar arasında ixtilaf yaratmağa icazə verməməlidir.  “Ölkənin qurumları  da əmanətdar,  qorxmaz, məsuliyyətini dərk edən və  əmin olmalıdırlar.  Neft qaz işində  güclü tərəf kimi çıxış etməliyik.  Livan rəhbərləri də İsraili hədələyə bilər, necə ki, Tel-Əviv bunu edir.  Livanın yeganə güc mənbəyi müqavimətdir. Ona görə ki, Livan ordusuna silah qadağandır. Bizdə  lazimi  güc, qorxmazlıq və dayanaqlılıq var və düşmən bunu çox yaxşı bilir.”
 
Hizbullah baş katibi  deyib ki, ABŞ  tərəfsiz  vasitəçi deyil. Xüsusilə  əgər vasitəçlik edilən tərəflərdən biri  İsraildirsə ABŞ-ın vasitəçiliyinin heç yeri yoxdur. ABŞ rəsmiləri Livanı hədələmək üçün gəliblər. “Biz Fələstinin işğal olunmuş ərazilərindəki neft-qaz  platformalarını bir neçə saatda tətil etmək gücünə malikik. İsrailin  Seyda bölgəsində keçirdiyi  əməliyyatı  Livana təcavüz və terror kimi qiymətləndirilməlidir.”.
 
H.Nəsrullah Suriya ərazisində İsrail təyyarəsinin vurulmasına da toxunub və bildirib ki,  Suriya Hərbi Hava Qüvvələrinin  İsrail hərbi təyyarəsini vurması  çox stratejik və hərbi önəmi olan bir nailiyyətdir. “Bu hadisədən sonra  digər şərtlər öncədə olduğu kimi olmayacaq.  Suriya rəhbərləri  qərara alıblar ki, özlərini müdafiə etsinlər.  Bu Suriyanın öz qərarı və bu ölkənin prezidenti Bəşşar Əsədin öz qərarıdır.  İran və digərlərinə heç bir aidiyyatı yoxdur. İsrail  hərbi təyyarəsini vuranlar  Suriyanın qorxmaz ərəb ordusunun zabit və əsgərləridir. Ərəblər Suriya ordusunun  bu addımına görə fəxr etməlidir. Çünki  qəhrəmancasına atılmış bir addımdır”. 
 
 

Google+ WhatsApp ok.ru