Həsən Ruhani: Ağ ev bu gün  İranla bağlı  başını itirib

Həsən Ruhani: Ağ ev bu gün İranla bağlı başını itirib

"Bir ölkənin ən yüksək rəhbərinə qarşı sanksiya tətbiq etmək kobudluqdur." 
 
Maide.Az İran KİV-lərinə isitnadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani  ABŞ prezidenti Donlad Trampın  Ali Rəhbər Ayətullah Xameneiyə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib. 
 
Ağ ev bu gün  İranla bağlı  başını itirib deyən H.Ruhani qeyd edib ki,  ABŞ bu gün İrana qarşı etdiyi bütün addımlarda  nəticə əldə edə bilmir və  bu  onun başıaşağı və girinc olmasına səbəb olub. 
 
“Tədbirli hansısa bir dövlət  başqa bir ölkənin ən yüksək  rəhbərini , hansıki, bu rəhbər həm siyasi və dini rəhbərdir.  Rəhbər təkcə İranın deyil, həmdə dünyanın bir çox ölkələrində  o cümlədən Suriyada, Livanda, Fələstində və s. yerlərdə  din aşiqlərinin rəhbəridir. Ali Rəhbərin mal-mülkünə naksiya tətbiq edir?  Ali Rəhbərin bir hüseyniyyəsi və bir də sadə evi var. Bu onu göstərir ki, düşmən qeyri-adi bir stiuasiyadadır.”
 
 Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp Amerika PUA-sının vurulmasına və bir çox başqa şeyə cavab olduğunu qeyd edərək, İrana qarşı yeni iqtisadi sanksiyalar fərmanını imzalayıb. Tramp sanksiyaların təfərrüatı ilə bağlı məlumat verməsə də, bunların İranın liderlərini maliyyə resurslardan istifadəsinə mane olacağını bildirib.
 
ABŞ Xəzinə Nazirliyi isə SEPAH-ın regional fəaliyyətini istiqamətləndirən bürokratik binanın başında olan səkkiz iranlı komandirin hədəfə alındığını açıqlayıb.
 
Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən edilən təyinatlar və rəsmilərin də hədəfə alınacağı qeyd edilir.
 

 

Google+ WhatsApp ok.ru