Həmid Kərzayın helikopteri atəşə tutulub və yanıb

Əfqanıstan prezidenti Həmid Kərzayın helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb.
 
“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib.  Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.
 
Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.      
 
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  

Google+ WhatsApp ok.ru