Həmas İsrailə qarşı xüsusi əməliyyatlar üçün pilotsuz təyyarələrdən istifadə edəcək

Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) hərbi qolu “İzzəddin Əl-Qəssam” briqadası bu gün səhər bəyanat yayımlayaraq elan edib ki, işğal olunmuş ərazilərdə sionistlərə qarşı xüsusi əməliyyatlar aparmaq üçün pilotsuz təyyarələrdən istifadə edəcək.
Maide.az-ın İranın Fars agentliyinə istinadən məlumatına görə, Bəyanatda bildirilir: “hər gün bir başa və dolayısı yollarla işğalçı rejim başçılarına və onların zəif ordusuna mesajlar gondərir və bildiririk ki, sözdə məğlub olmayan ordunuzu darmadağın edəcəyik və onları mübarizəyə çağırırıq. İşğalçılar bizim mesajlarımızı diqqətlə izləsin və başa düşsünlər. İşğalçılar özlərini daha ağır zərbələr alamağa hazırlasınlar.”
 Fələstin İslami Cihad hərəkatının katibi RamazanAbdullah Şəlh bundan öncə demişdi ki, İzzəddin əl –Qəssam briqadası sionist rejimi üçün çoxlu sürprizləri var və yaxın gələcəkdə sürprizləri işğalçılara göstərəcək. Düşmən sionist rejimi bu sürprizlərdən heyran qalacaq.

Google+ WhatsApp ok.ru