HƏMAS İsraillə atəşkəs üçün şərtlərini açıqladı

Sionist rejim təyyarələri bu gün səhər Qəzzənin cənubunda Rəfəh şəhərinin mərkəzi həbsxanası və icra hakimiyyətinin binasına bombalayıb.
Maide.az-ın İRİNN xəbər kanalına istinadən məlumatına görə,  sionist rejim təyyarələri həmçinin Qəzzənin şimalında Beit Lahiya şəhərini bombalayıblar. Həmin hücumlar nəticəsində bir neçə nəfər yaralanıb.
İşğalçı sionistlərin ötən 8 gün ərzində Qəzzəyə hücumları nəticəsində indiyədək 188 nəfər şəhid olub və 1400 nəfər yaxın fələstinli isə yaralanıb. Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, şəhidlər və yaralıların böyük əksəriyyəti uşaqlar və qadınlardır.
Misir sionist rejim rəsmiləri ilə Həmas rəsmilərinə təcili atəşkəs layihəsi təqdim edib. Həmin layihəyə əsasən bu gün səhərdən atəşkəs rejimi bərpa olunmalı idi. Təqdim olunmuş layihəyə əsasən, tərəflər hücumları dayandırmalı və sionist rejimi Rəfəh keçidini  Qəzzə xalqının gedib-gəlişi və yüklərin daşınması üçün açmalıdır.
Həmas –ın sözçüsü Fovzi Bərhum  deyib ki, hər hansı bir atəşkəs rejiminin qəbul olunması yalnız sionist rejimi Fələstin Müqavimət Hərəkatının  şərtlərini qəbul etdikdən sonar baş verə bilər. Həmin şərtlərdə biri Qəzzənin mühasirəsinə son qoymaq və hücumların dayandırılmasıdır.

Google+ WhatsApp ok.ru