Həmas: İslami müqavimət hərəkatı qüvvələri sionist rejimin 14 əsgərini öldürüb

 

İslami Müqavimət Hərəkatı qüvvələri sionsit rejim qüvvələrinə qarşı 4 partizan əməliyyatı həyata keçirib. Əməliyyatlarda 14 sionist əsgəri həlak olub. Bunu Fələstin İslami Müqavimət Hərəkatının komandirlərindən olan Himad əl –Rəqb deyib.

Maide.az-ın Sky News kanalına istinadən məlumatına görə, partizan əməliyyatları Xan Yunis və Rəfəh bölgələrində həyata keçirilib.

O deyib ki, sionist rejim əsgərlərinin yerüstü əməliyyatları uğursuz olub.

İsrail rəsmiləri isə cəmi 4 əsgərin öldürüldüyünü təsdiqləyib.
"İzzəddin əl-Qəssam" briqadası 3 sionist əsgəri əsir götürdüklərini, daha bir tank və hərbi texnikanı zərərsizləşdirdiklərini açıqlayıb.

Məlumata əsasən, sionist rejimin topxanasının Qəzzənin şimal bölgəsinə atdığı bombalar nəticəsində elektrik stansiyası sıradan çıxıb və Qəzzədə elektrik enerjisi kəsilib.

Qeyd edək ki, işğalçı İsrailin kanal 10 televiziyası məlumat verib ki,  Təl Əvivdə Qəzzədə müharibə əleyhinə etiraz aksiyası keçirilib. Etiraz aksiyası iştirakçıları və işğalçı rejim təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Sionst rejimin məzlum Qəzzə xalqına qarşı vəhşi hücumları nəticəsində indiyədək 344 fələstinli şəhid və 2560 fələstinli isə yaralanıb.

 

 

Google+ WhatsApp ok.ru