Həmasın 3 komandiri üçün cənazə mərasimi təşkil edildi

Sionist rejimin təşkil etdiyi sui-qəsddə şəhid olan Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandirlərindən Raid əl-Attar, Məhəmməd Əbu Şəmmalə və Məhəmməd Bərhum üçün Rifah şəhərində cənazə mərasimi təşkil edilin.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin Qəzzada bir evi hədəf aldığı raket hücumunda öldürülən komandirlərin cənazə namazına minlərlə fələstinli qatılıb. Mərasimdə İsrail əleyhinə şüarlar səsləndirilib. 
 
Cənazə mərasiminin ardından danışan Həmas səlahiyyətlilərindən Saad əl-Məğari, "bir komandirin ardından min komandir gəlir. Döyüş davam edir" ifadələrini səsləndirib.

Google+ WhatsApp ok.ru