Həbsxanaya konfet içində narkotik keçirmək istədilər

3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyalar keçirilməsi cəhdlərinin qarşısı alınıb. 
 
Bu barədə Maide.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
 
Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Tərlan Asif oğlu Quliyevin qardaşı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Keçirilən baxış zamanı “Karamel” konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Elxan Quliyev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib. 
 
3 saylı İstintaq təcridxanasında saxlanılan Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilən zaman “Çistaya liniya” dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb. O ı Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilib. 

Google+ WhatsApp ok.ru