Həbsxanada görünməmiş özbaşnalıq - Məscidin qapısına kilid vuruldu

11 saylı cəzacəkmə müəssisəsində  məscidin qapısına kilid vurulub.

İslaminsesi.org saytına 11 saylı cəzacəkmə müəssisəsindən daxil olan məlumata görə,  Mövsüm Səmədovun 12 saylı qapalı cəza müəssisəsinə köcürülməsindən dərhal sonra xidmət əməkdaşları həbsxananın nəzdində fəaliyyət göstərən məscidin işıqlarını kəsib, qapısını kilidləyərək açarı götürüblər.
Dustaqların dinlədiyi Quran xütbələri yazılmış diskləri və ələmi isə müsadirə ediblər.

Qeyd edək ki, Hacı Mövsüm Səmədov 4 il müddətinə 11 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılb. Sentyabr ayının ikinci yarısında isə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Burada isə həbsxana rəhbərliyi tərəfindən 3  dəfə ardıcıl olaraq “kars”a salınıb. Oktyabar ayının 9-da  12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında məhkəmə Hacı Mövsüm Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.  Həmin gün ölkənin tanınmış siyasi-ictimai şəxsiyyətləri və ruhaniləri Mövsüm Səmədovla həmrəylik nümayiş etdirmək üçün 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında toplaşmışdı.
Verilən xəbərdə bildirilir ki, nəzarətçilər namaz qılan gənclərin əllərini qandallayaraq onları dubinka ilə döyüblər.
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 illik həbs müddətinin 3 il 9 ayını 11 sayşı cəzacəkmə müəssisəsində keçirib. Bu zaman kəsimində o, bir çox gənc məhkumların islah olunmasında böyük rol oynayıb, onları narkotik aslılığından xilas edib. Onun nəsihətləri, məsləhətləri  sayəsində oğurluq, qətl, soyğunçuluq və digər dəhşətli cinayət əməlləri törədən yüzlərələ məhkum tövbə edərək Allahın haqq yoluna qayıdıb. Onlar hər gün qapadılmış həmin məsciddə namaz qılır, dua edirdilər. /


 

Google+ WhatsApp ok.ru