HƏMAS: BMT-nin baş katibi Amerikanın məmurudur

Fələstin İslami Müqavimət Hərəkəti HƏMAS BMT-nin baş katibi Pan Gi Munun Qəzza zolağı səfərinəpessimist baxır.
 
Maide.az-ın məlumatına görə, HƏMAS-ın yüksək çinli üzvlərindən olan Yəhya Musa Pan Gi Munun Qəzzaya edəcəyi səfərin Qəzza üçün müsbət nəticələrə səbəb olacağı şəklində bir fikrə sahib olmadığını, çünki BMT baş katibinin bu zamana qədər Fələstin mövzusunda müstəqil hərəkət edə bilmədiyini, İsrailin rejiminin cinayət və işğalçı siyasətlərinə qarşı ciddi bir qərar verə bilmədiyini söyləyib.
 
BMT baş katibinin heç zaman bitərəg olmadığını da söyləyən HƏMAS səlahiyyətlisi, BMT-nin qeyri-ciddi və qərarsız siyasətləri İsrail rejiminin istədiyi hər qanunsuzluğu etməyə səbəb olduğunu söyləyib.
 
HƏMAS rəsmisi Pan Gi Munun dünyanın güclü dövlətlərinə bağlı olduğunu deyərək, "O, Amerika və güclü dövlətlərin məmurudur və bunun üçün Fələstinlilərin ondan nəsə bir gözləntiləri də yoxdur" deyib.

Google+ WhatsApp ok.ru