Həmsədrlər regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar 18 Oktyabr 2014 01:00 Siyasət Vasitəçilər yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bəyanatda həmsədrlər İqor Popov (Rusiya) və Pyer Andryu (Fransa) bu həftə hökumət rəsmiləri ilə görüşmək və Ermənistan-Azərbaycan sərhədində ATƏT tərəfindən keçirilən monitorinqində iştirak etmək üçün regiona səfər etdiklərini bildiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən regiona səfər edə bilməyib, amma ABŞ tərəfi görüşlərdə təmsil olunub. Bakıda və İrəvanda həmsədrlər iki ölkənin dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Hər iki tərəflə görüş zamanı həmsədrlər prezident Fransua Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı müzakirə ediblər. Həmsədrlər prezidentlərin Soçi və Uelsdə keçirilmiş ötən görüşlərindən də söz açıblar, yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər. Onlar həmçinin son günlər baş verən atəşkəs pozuntularının kəskin hal almayacağına ümid etdiklərini bildiriblər. Həmsədrlər tərəfləri gərginliyi azaltmağa, xüsusilə mülki əhaliyə qarşı zorakılıqların qarşısının alınması üçün addımlar atmağa çağırıblar. Qeyd edək ki, vasitəçilər 14-18 oktyabr tarixlərində regionda səfərdə olublar. / Teqlər : #Həmsədrlər regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Prezidentin fərmanı dindar məhbuslara şamil edilmədi AXCP funksioneri: `Şakir Abbasov acığa düşərək istefa verib`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video