HƏMAS Məscidi-Əqsanı qorumaq üçün `insan zənciri` yaratmağa çağırır

HƏMAS İordan çayıının qərb sahilində yerləşən, Ramallah şəhərinin sakinlərini İslamın müqəddəs məkanını " Biz səninləyik, əl-Əqsa!" şüarları ilə müdafiə etməyə və "insan zənciri" yaratmaqda iştirak etməyə çağırıb. 
Maide.az-ın beynəlxalq KİV-lərə  istinadən məlumatına görə, Müraciətdə bildirilib ki, "İnsan zənciri" yaratmaq planı bu gün, yerli vaxtla saat 15:00-da, Ramallah şəhərinin mərkəzində baş tutacaq.
HƏMAS qeyd edib ki, bu tədbir əl-Əqsa məscidi ilə həmrəylik nümayiş etdirmək və sionist düşmənlərin İslamın bu müqəddəs məkanına hücumlarını qınamaq niyyəti ilə təşkil olunur. //

 

Google+ WhatsApp ok.ru