Hər gün təxminən 25 min ziyarətçi Nəcəf hava limanına giriş edir - VİDEO

Bu günə qədər müxtəlif ölkələrdən gələn yüzlərlə ziyarətçi təyyarə və avtobuslarla ölkəyə giriş edərək, İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya doğru gedir.
 
Maide.az xəbər verir ki, İraqlı rəsmi orqanlardan ziyaretçilərin sayının bir milyonu keçdiyi və buna əlavə olaraq da yüzlərlə İranlı ziyarətçinin piyada olaraq digər ziyarətçilərə qoşulmaq üçün hərəkət halında olduğu açıqlanıb.
 
Nəcəf şəhərinin hava limanına hər gün 25 mindən çox ziyarətçi gəlir.
 
İraqlı rəsmilər tərəfindən hər cür təhlükəsizlik tədbirlərinin görüldüyü və bu günə qədər hər hansı bir hadisənin baş vermədiyi açıqlanıb.
 
Babilistan Təhlükəsizlik Komitəsinin sədri Ərbəin zəvvarlarına hücum hazırlığı aparan 3 terrorçunun həbs olunduğunu açıqlayıb. Açıqlamada bildirilir ki, bu gün səhər Babilistanın 50 km yaxınlığında yerləşən İskəndəriyyə bölgəsində aparılan reyd zamanı ziyarətçilərin keçid yoluna partlayıcı mexanizm qurmağa hazırlaşan 3 terrorçu həbs oluub.

Google+ WhatsApp ok.ru