Hərbi Hava Qüvvələrimizə həyəcan siqnalı verildi - VİDEO + FOTOLAR 08 Yanvar 2015 02:00 Hərb Yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib. Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib. Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Teqlər : #Hərbi Hava Qüvvələrimizə həyəcan siqnalı verildi VİDEO + FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gecə də cəbhədə silahlar susumayıb Qarlı gündə də işğalçıların silahı susmayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'