Həzrət Məhəmməd (s) filmi yenidən hədəf alındı

Türkiyədə sələfilərə məxsus saytlarda yeni olmayan bir xəbər təkrar müzakirəyə çıxarılıb. Bu xəbərlərə görə, "İranlı rejissor Məcid Məcidi Həzrət Məhəmmədin (s) səsli və görüntülü olaraq nümayiş ediləcəyi" bir film çəkib. Bu xəbərlərdə rejissor Məcidinin şiə məzhəbindən olduğu və Ali lider Əli Xameneiyə yaxın olduğuna vurğu edilir. 
 
Maide.az xəbər verir ki, Əhli-beyt məktəbinə düşmənçilik bəsləyən və əksəriyyəti sələfi vəhhabilərin təsiri altında olan müsəlman ölkələrində də filmə dair bənzər iddialar şüurlu olaraq dilə gətirilir, bu filmin sünnilər və şiələr arasındakı gərginliyi artıracağı iddiaları ortaya atılır. 
 
Görünür, rejissorun bütün tarix kitablarında yazılan, ancaq görməzliyə vurulan tarixi həqiqətləri filmə çəkməsi kimlərinsə yalanlarının ortaya çıxacağı qorxusu var. Məcidinin filmə dair bəyanat verərək iddiaları dəfələrlə təkzib etməsinə baxmayaraq, fasilələrlə eyni iddiaların təkrar-təkrar gündəmə gətirilməsi insanı, "İslam dünyasında yeni bir təxribatmı yaradılır" sualları barədə düşünməyə vadar edir.
 
İranlı rejissor isə "Həzrət Məhəmmədin (s) səsi və təsviri yayımlanacaq" şəklindəki iddialara qarşı verdiyi bir müsahibədə belə deyib: "Öz əqidəmə görə, filmdə Peyğəmbərin müqəddəs surətini təsvir etməyi düşünmürəm, heç vaxt da düşünməmişəm. Bu şayiələr tamamilə əsassızdır."

Google+ WhatsApp ok.ru