Həftəsonu Bakıda gəzməli hava olacaq

Həftəsonu Bakıda gəzməli hava olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcək. Dəyişkən buludlu olacağı arabir tutulacağı proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə1-3, gündüz 6-8 dərəcə isti olacaq.
 
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, lakin axşama doğru şimal və şərq rayonlarında yağıntılı olacaq. Səhər və axşam duman proqnozlaşdırılır, şərq küləyi əsəcək.
 
Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti proqnozlaşdırılır. /

 

Google+ WhatsApp ok.ru