Hərbi mənbə: `Səudiyyə qorxulu yuxusu olan Yəmən raketlərinə zərər verə bilməyib`

Yəmən hərbi mənbələri Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyanın Yəmənin strateji müdafiə gücü olan raket batareyalarını və sursat anbarlarını hədəf aldığını bildirib.
 
Maide.az xəbər verir ki, belə bir məlumatı Yəmənin "Əl-Mesa Press" xəbər agentliyinə yəmənli hərbi mənbələri verib.
 
Bəzi Səudiyyə rəsmilərinin Yəmənə təşkil olunan hava hücumlarında nəzərdə tutulan hədəflərin əldə edildiyinə dair açıqlamalarını dəyərləndirən hərbi mənbələr, Səudiyyə təyyarələrinin Yəməndəki bəzi hərbi mövqeləri havadan yox etmələrinin mümkünsüz olduğunu deyib.
 
Başda paytaxt Səna olmaqla Yəmənin coğrafi quruluşuna diqqət çəkən Yəmənli hərbi səlahiyyətli, "Səna ətrafındakı dağlar uçuşa və nəzərdə tutulan hədəfləri məhv etməyə imkan vermir. Bu səbəbdən təyyarələr alçaq yüksəklikdən uçmağa çalışırlar, amma bu dəfə də zenit batareyalarının hədəfi olurlar", - deyib.
 
Yəmənin iqtisadi gücünün əksinə olaraq, son dərəcə yüksək raket gücünə malik olduğunu bildirən hərbi səlahiyyətli, "Səudiyyə Ərəbistanının ucqarlarını vurmağa uzaqmənzilli raketlərə sahibik", - deyib.

Google+ WhatsApp ok.ru