Həzərmut qəbilələri Mukəlla şəhərini Əl-Qaidədən geri alıblar

Yəməndə Həzərmut qəbilələri Əl-Qaidə ilə hər cür koalisiyanı rədd edərək, bildiriblər ki, Mukəlla şəhərinin tam nəzarətini Əl-Qqaidənin əlindən çıxarıblar.
Maide.az xəbər verir ki, nəzarəti əl keçirmək üçün Mukəlla şəhərinə daxil olmuş Həzərmut qəbilələrinin silahlı qüvvələri bu şəhəri Əlqaidə-dən geri almağa müvəffəq olublar.
Ötən cümə axşamı günü Əl-Qaidə terrorçuları zindanlara hücum çəkərək, özlərinin yerli başçılarını azad ediblər. Daha sonra isə banklar və dövlət binaları qarət olunub.
Həzərmut qəbilələrinin Mukəlla şəhərinin nəzarətini ələ keçirdikdən sonra təhlükəsizlik və xalq müdafiə komitəsi adı altında bir bəyanat yayaraq, bu şəhərin əhalisi və dövlət işçilərindən istəyiblər ki, Əl-Qqaidənin hədələri qarşısında hökumət binaları xəstəxanaları müdafiə edərək, bu şəhərdə ötən cümə axşamı günkü hadisəyə oxşar hadisənin baş verməsinin qarşısını alsınlar.

Google+ WhatsApp ok.ru