Həftəsonu Azərbaycanda gəzməli hava olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 24 dərəcəyə kimi yüksələcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 6-8, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
 
Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Aprelin 17-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru