Həbsdə olan hicab məhbusu 10 ildən sonra ata oldu - Fotolar

Hazırda məhbusluq həyatı yaşayan hicab məhbusu T.Ağadadaşov ata olub.
 
Hicab məhbusu Tərlan Ağadadaşova 10 ildən sonra ata olmaq nəsib olub.  
 
Maide.az "İslamazeri.az"a istinadla xəbər verir ki, hazırda həbsdə olan hicab məhbusu Tərlan Ağadadaşovun Məhəmməd Hadi adında oğul övladı dünyaya gəlib. 3 gün bundan öncə dünyaya göz açan M.Hadinin sağlamlığı yerindədir. Artıq uşaq anası ilə birlikdə xəstəxanadan çıxarılıb.  
 
Xatırladaq ki, T. Ağadadaşov 2012-ci il oktyabrın 5-də baş verən “Hicaba azadlıq” aksiyasında həbs olunub. Nərimanov Rayon Məhkəməsi onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə haqda qərar verib.

Google+ WhatsApp ok.ru