Hələbdə 40 İŞİD terrorçusu öldürülüb

Suriyanın şimalında yerləşən terrorçular arasında baş verən silahlı toqquşmalarda İŞİD terror təşkilatının 40 üzvünün öldürüldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, "Şam Cəbhəsi" qriuplaşmasının nümayəndəsi Mustafa Sultan açıqlamasında Hələbin Mari rayonunun şimalındakı Sondef kəndinin nəzarətini ələ keçirdiklərini və Tilalyan kəndi ətrafında İŞİD-in böyük itkilər verdiyini söyləyib.
 
Qruplaşmaların bir-birinə tank və ağır silahlarla hücum etdiyi bildirilir. 
 
İŞİD terrorçuları digər qruplaşmalarla döyüşlərdə Harbel kəndindəki xalqı canlı qalxan kimi istifadə edib. 
 
Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri isə yenidən Harbelə təşkil etdiyi hava hücumunda mülkü vətəndaşlar öldürülüb, ancaq İŞİD terrorçularının mövqelərinə zərbələr endirilməyib.

Google+ WhatsApp ok.ru