Həmədanda iraqlı zəvvarları daşıyan avtobus aşdı, 11 nəfər həlak oldu 07 Sentyabr 2015 01:00 Dünya İranın Həmədan əyalətində Məlayir şəhərindən Bürucerd şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 11 nəfər həlak olub, 25 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir. Həmədan əyaləti üzrə yol polis idarəsinin rəisi general Mehdi Şakiri deyib ki, hadisə ötən axşam yerli vaxtla saat 19:00 radələrində baş verib. M.Şakirinin sözlərinə görə, avtobusun sərnişinləri iraqlı zəvvarlardır. Sürücü yol sürüşgən olduğu üçün idarəetməni itirib və avtobus aşıb. Hadisə nətciəsində ölənlərin 10 nəfəri qadın, 1 nəfəri kişidir. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 25 nəfər isə Məlayir xəstəxanalarına çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı cinayət işi açılıb, olayın təfərrüatları araşdırılır. Qeyd edək ki, iraqlı zəvvarlar İranın Məşhəd və Qum şəhərlərindəki ziyarətgahları ziyarət etdikdən sonra vətənlərinə qayıdarkən qəzaya düşüblər./ Teqlər : #Həmədanda iraqlı zəvvarları daşıyan avtobus aşdı,#11 nəfər həlak oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türk ordusu terror nəticəsində 15 əsgərini itirdi Fələstinlilərin mənzillərini dağıtmağa göstəriş verildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO