Həcc ziyarətində ölən hacılar üçün Seneqalda 3 günlük matəm elan edildi

Həcc ziyarəti zamanı Minada baş verən izdihamda ölən hacılar arasında 10 seneqallı da olub.
Maide.az xəbər verir ki, Seneqal prezidenti Maki Sall izdihamda ölənlərin yaxınlarına başsağlığı verib.
Bu il Həcc ziyarətinə 10 min 500 seneqallının getdiyi deyən president, onlarda 10 nəfərin öldüyünü, 52 nəfərin isə hələ də tapılmadığını söyləyib.
Prezident faciə ilə əlaqədar olaraq ölən hacıların xatirəsinə Seneqalda 3 günlük matəm elan edib.
Xatırladaq ki, 25 sentyabrda Minada baş verən hadisədə 4700-dən çox hacı dünyasını dəyişib. /

Google+ WhatsApp ok.ru