Həcc ziyarəti zamanı ölən azərbaycanlı zəvvarların ailəsinə kompensasiya veriləcək

Bu ilki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək. 
 
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək". 
 
Qeyd edək ki, bu ilki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar-60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 1936-cı il təvəllüdli Şirinov Əzizağa dünyasını dəyişib. 

Google+ WhatsApp ok.ru