Həmas fələstinliləri bugünkü mitinqdə kütləvi şəkildə iştirak etməyə səslədi

Həmas hərəkatı Qərb sahilində yaşayan mübariz Fələstin xalqını bugün, 16 oktyabr Cümə namazından sonra keçiriləcək qəzəb mitinqində iştirak etməyə çağırıb.
Maide.az xəbər verir ki, Həmas hərəkatı bəyanat yayaraq fələstinliləri Qərb sahilinin sərhəd rayonlarında məskunlaşan işğalçı sionistlərlə geniş şəkildə qarşıdurmalara çağırıb.
Bəyanatda deyilir: Fələstinlilər bugün işğalçı sionistlərə qarşı kütləvi etiraz keçirməklə, Sionist düşmənə Birlik və müqavimət seçiminə dəstək mesajı verəcək.
Bəyanatda daha sonra vurğulanıb: Bugünkü etirazlar Sionist rejiminin Fələstin xalqına və müqavimətinə qarşı qərarına fələstinlilərin təbii reaksiyasının bir hissəsidir.
İşğalçı sionistlər son iki həftə ərzində 620-dən çox fələstinlini Qərb sahilinin əyalətlərində, Qdsdə və 1948-ci ildə işğal olunmuş torpaqlarda həbs ediblər.
Fələstinli əsirlərin Müdafiəsi Mərkəzinin bildirdiyinə görə, Sionist rejimin həbsxanalarında müvəqqəti saxlanılan fələstinli əsirlərin sayı 400 nəfərə qədərdir və onların yarısını uşaqlar və kiçik yaşlılar təşkil edir. /
 

Google+ WhatsApp ok.ru