Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib 11 Noyabr 2015 02:00 Hərb Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, döyüş atışlı təlimlərdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib. Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər. Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb. Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub. Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Teqlər : #Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuştaktiki təlimləri keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zakir Həsənov polkovniki işdən qovdu İki erməni əsgəri öldürülüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'