Hərbi hissə komandirinin işdən çıxarılması məsələsinə aydınlıq gətirildi

Müdafiə Nazirliyi (MN) N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirib. Maide.az-ın xəbərinə görə, MN-in mətbuat xidmətindən bildirilib ki, Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə məlumat əsassızdır.
 
Polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib.
 
Müdafiə Nazirliyindən ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam - yaxın qohumların eyni qurumda çalışması məsələsinə də toxunaraq bildirilib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Google+ WhatsApp ok.ru