Həmas sözcüsü Əbu Zuhri: `İsrail ABŞ ilə beynəlxalq səssizlik altında fələstinlilərə qarşı cinayət işləyir`

Maide.az xəbər verir ki, Həmas sözcüsü Sami Əbu Zuhri açıqlamasında Fələstin xalqının aktlarının İsrail rejimi qarşısında özlərini müdafiə çərçivəsində inkişaf etdiyini bildirərək, "İsrail rejimi fələstinlilərə qarşı terror aktları və törətdiyi cinayətləri, ABŞ və beynəlxalq sükut altında yeridir" - deyib.
 
Əbu Zuhri İsrail rejiminin baş naziri Binyamin Netanyahunun israillilər əleyhinə aksiya keçirənlərə qarşı təhdidlərinə dair, "Bu cür ifadələr, Fələstin xalqını qorxutmur" söyləyib.
 
Netanyahu rejimə aid televiziya kanalına açıqlamasında, "Aktları törədənlər üçün hər hansı bir qoruma yoxdur. Onlarla hesabı bağlayacağıq. Hesabı ailələrinə ödətdirəcəyik, evlərini dağıdacağıq. Dərs və ibrət götürməyənlər ağır bir əvəz ödəyəcək" ifadələrini işlətmişdi.
 
Yəhudi mühacirlərin fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları bölgədə gedərək artan gərginlik ciddi ölçülərə çatıb, oktyabr ayının əvvəlindən bu yana 90-dan çox fələstinli öldürülüb.

Google+ WhatsApp ok.ru