Hər gün bir nəfər həyatını itirir

BMT işğal altındakı Fələstin torpaqlarında hər gün orta hesabla bir nəfərin öldüyünü bildirib

BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Sesilya Pouilly BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında son dövrdə artan gərginlik səbəbiylə oktyabr ayının əvvəlindən bəri 117 Fələstin, 21 İsrail vətəndaşının həyatını itirdiyini söyləyib.
 
Maide.az xəbər verir ki, davam edən zorakılıq hadisələrindən son dərəcə narahat olduqlarını söyləyən Pouilly Fələstin ərazilərində hər gün orta hesabla bir nəfərin öldüyünü bildirib.
 
Pouilly, fələstinliləri "cəzalandırmaq" məqsədli evlərinin dağıdılmasının və israillilərə qarşı təcavüzdə əli olduğu iddia edilən və öldürülən fələstinlilərin cənazələrinin ailələrinə təhvil verilməməsinin gərginliyi daha da artıracağına diqqət çəkib.

Google+ WhatsApp ok.ru