Həzrət Peyğəmbərin (s) saçı Moskvada nümayiş olundu

Həzrət Məhəmməd Peyğəmbərə (s) məxsus olan və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun bir müddət əvvəl Moskva müsəlmanlarının məscidinə bağışladığı saç-təbərrük Rusiya paytaxtındakı “Krokus Siti Holl”un konsert salonunda nümayiş etdirilib.
 
Maide.az "virtualaz"a istinadən xəbər verir ki, bu barədə ”Rusiya xəbərlər xidməti” məlumat yayıb.
 
Möminlərin gözündə əlçatmaz olan bu əmanət cəmi saat yarım nümayiş etdirilib. Məlumata görə, qısa nümayiş vaxtı ona təxminən 7 min qonaq baxa bilib.
 
Xatırladaq ki, təbərrük məsciddə zirehli vitrində sərgilənib. Əvvəlcədən məlumat verildiyi kimi, o, insanlara yalnız dini bayramlar zamanı göstərilir.
 
Yeri gəlmişkən, saçın bu gün nümayiş etdirilməsi məhz belə bir təqvimlə bağlı olub. Belə ki, bu gün Mövlud ən-Nəbi bayramı-Peyğəmbər Əfəndimizin doğum günüdür.

Google+ WhatsApp ok.ru