Həmas-Fəth görüşündə razılıq əldə olunub

Həmas Hərəkatının Dohada yaşayan sözçüsü Hüsam Bedran Dohada Həmas Hərəkatı və Əl-Fəth arasında aparılan son danışıqlarda ortaq məxrəcə gəldiyini, ancaq iki hərəkatın liderləri tərəfindən gələcək razılığın gözləndiyini deyib.
 
Maide.az-ın məlumatına görə, "Paltoday"a açıqlama verən Bedran, danışıqların uğurla nəticələnməsi üçün hazırda görüşün təfərrüatlarından bəhs etmək istəmədiyini deyib və "Yalnız iki heyət arasında razılaşma əldə olunduğunu deyə bilərəm" söyləyib.
 
Dohadakı danışıqların yeni bir müzakirə mərhələsi olmadığını, yalnız iki hərəkət arasındakı görüş olduğunu, danışılan məsələlərin də yeni olmadığını deyən Bedran, "hər iki heyət də razılaşdırılacaq məsələlər üzərində durur, razılaşma əldə olunandan sonra məsələ hərəkat liderlərinə çatdırılacaq" deyib.
 
Oxşar şəkildə Əl-Fəth Hərəkatı səlahiyyətlilərindən Azzam Əl-Əhməd də danışıqların sağlam irəliləməsi üçün "Paltoday"a danışmağı rədd edib.
 
Mövzu ilə bağlı Həmas səlahiyyətlilərindən Salah Əl-Bərdəvil isə "Əl-Aqsa" kanalına verdiyi açıqlamada Dohadakı danışıqların "ortaq bir qərara gəlmək, embarqonun qaldırılması, məmurların razılaşdırılması və Qüds intifadasının dəstəklənməsi barədə birgə hərəkət etmək" kimi bəzi məsələləri əhatə etdiyini söyləyib.

Google+ WhatsApp ok.ru